İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bomjlara "çarə" tapdı

Musavat.com xəbər verir ki, Rusiyada evsizlərə göyərçin ovlamaq və boş qalan mənzillərə, otel nömrələrinə yerləşmək imkanı verən qanun layihəsi hazırlanıb.

Məlumata görə, təşəbbüsün müəllifləri hesab edirlər ki, göyərçinlər meqapolislərin “uçan ərzaq ehtiyatı” ola bilər. Konsepsiya artıq Dövlət Dumasına təqdim olunub və yaxın günlərdə müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, evsizlər küçələrdəki göyərçinləri ərzaq kimi istifadə edə, həmçinin boş qalmış mənzillərə və istifadəsiz otel nömrələrinə müvəqqəti yerləşdirilə bilərlər.

Qanun layihəsinin məqsədi evsizlərin həm yeməklə, həm də yaşayış yeri ilə təmin edilməsidir. Lakin bu təşəbbüs Rusiya ictimaiyyətində böyük mübahisələrə səbəb olub. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR