İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyana daha bir ŞOK: Ailəsi Trampa ümid bağladı - Paşinyan “YOX” dedi

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampa Ruben Vardanyanın azadlığa buraxılmasına köməklik göstərməyi xahiş edən məktub göndərməkdən imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ-da yaşayan nüfuzlu erməni diaspor nümayəndələri Trampın ətrafı ilə danışıqlar aparıb və hətta onun kürəkəni ilə təmas qurmağa müvəffəq olublar. İddialara görə, Tramp İrəvandan rəsmi müraciət olarsa, vəziyyətə müdaxilə etməyə hazır olduğunu bildirib.

Vardanyanın ailəsi bu məqsədlə ABŞ-dakı səfir Lilit Makunts vasitəsilə baş nazirə məktub təqdim edib. Lakin Paşinyan tərəfi bu müraciəti rədd edib. “Hraparak” yazır ki, Ermənistan hökuməti belə bir addımın Bakı ilə sülh sazişinin imzalanması prosesinə zərər vura biləcəyini düşünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR