İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının saytı istifadəyə verilib

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində ölkəmizdə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçirilir. 

Musavat.com-un xəbərinə görə, Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq festivalın saytı (https://uhf.culture.az/) hazırlanaraq istifadəyə verilib.

Musiqisevərlər sayt vasitəsilə musiqi bayramının tarixi, 15-ci festivalın proqramı, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat ala bilərlər.

Qeyd edək ki, Bakı ilə yanaşı, Gəncə və Şəmkirdə reallaşacaq festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Almaniya, Sinqapur və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təşkil olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR