Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi görüşdə Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında yüksək dəyərləndirmə ilə çıxış edib.
Musavat.com xəbər verir ki, Tramp Ərdoğanın liderliyini güclü və ağıllı adlandıraraq, onun Suriya məsələsində heç kimin bacarmadığı işləri gördüyünü bildirib.
“Erdoğan çox güclü və zəkalı biridir. O, (Suriya məsələsində) başqasının edə bilmədiyini etdi. Onun haqqını vermək lazımdır”, – deyə ABŞ lideri bəyan edib.
Tramp eyni zamanda Ərdoğanla şəxsi münasibətlərinin çox yaxşı olduğunu xüsusi vurğulayıb:
“Erdoğan adlı biri ilə çox yaxşı münasibətlərim var. Mətbuat mənim onu sevməyimdən narahat ola bilər, amma mən onu sevirəm, o da məni sevir. Aramızda heç vaxt problem olmayıb.”
ABŞ Prezidenti, İsrail Baş naziri Netanyahuya cavab olaraq, Türkiyə ilə Suriya məsələsindəki mümkün anlaşmazlıqları da özünün həll edə biləcəyini bildirib:
“Əgər siz məntiqli davranırsınızsa – biz də, siz də – bu problemi həll etmək mümkündür. Məncə, bu, hazırda ciddi problem deyil.”
Trampın bu çıxışı bir daha göstərir ki, Vaşinqton–Ankara xəttində şəxsi lider münasibətləri regional diplomatiyada həlledici rol oynamaqda davam edir.
Musavat.com
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ