İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzak Şehir” serialına baxanlar Midyata axışdı! Mardin Ramazan Bayramında çoşdu-daşdı - VİDEO

Türkiyənin tarixi və mistik bölgələrindən biri olan Mardinin Midyat ilçəsi Ramazan Bayramı günlərində turistlərlə dolub-daşdı.

Musavat.com xəbər verir ki, “Uzak Şehir” serialının yaratdığı maraq bu qədim şəhəri həm yerli, həm də xarici turistlər üçün cazibə mərkəzinə çevirib.

CNN Türk-ün hazırladığı video reportajda qeyd olunur ki, serialda əks olunan Midyat mənzərələri, qədim daş evlər, dar küçələr və mədəniyyətlə yoğrulmuş görüntülər ekran qarşısındakı izləyiciləri heyran qoyub. Bu da bölgəyə turist axınının artmasına səbəb olub.

Məkan sahibləri və yerli sakinlər bildirirlər ki, “Uzak Şehir”in çəkildiyi yerləri görmək istəyən insanlar Midyata sanki sel kimi axışır. Bayram günlərində otel və restoranlarda yer tapmaq belə müşkülə çevrilib.

Qeyd edək ki, Midyat onsuz da mədəni və dini abidələri ilə məşhurdur. Ancaq “Uzak Şehir” serialının yaratdığı əlavə maraq bu il bölgənin turizm gəlirlərinə də ciddi töhfə verib.

Musavat.com CNN Türkün həmin video reportajını da oxuculara təqdim edir.

 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR