Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ailəsi ilə birlikdə təbiət parkında avtomobillə gəzinti zamanı gözlənilməz hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, hadisə zamanı açıq avtomobil pəncərəsinə yaxınlaşan straus Boris Consonun əlini dimdikləyib!
Carrie Consonun Instagram hesabında paylaşdığı videoda görünür ki, straus qəfildən yaxınlaşır, Consona toxunur və o da qorxudan sükanı sıxaraq qışqırır. Sosial şəbəkə izləyiciləri hadisəyə yumorla yanaşıb. Bəziləri bu səhnəni “Boris Consona qarşı ən yumşaq siyasi etiraz forması” adlandırıb.
Xoşbəxtlikdən hadisə zarafatla nəticələnib, Conson və ailəsi səfərinə davam edib.
Musavat.com xəbər verir ki, strausun heç bir siyasi motivi aşkarlanmayıb.
Musavat.com
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ