İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: “Türkiyə ilə toqquşma istəmirik” – Tramp: “Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm” - GÜNDƏM DƏYİŞDİ

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtondakı Oval kabinetdə bir araya gələrək Suriya, Türkiyə və İranla bağlı mühüm açıqlamalar veriblər.

Musavat.com xəbər verir ki, görüş zamanı hər iki lider jurnalistlər qarşısında çıxış edərək gündəmi dəyişəcək bəyanatlar səsləndirib.

Netanyahu bəyan edib ki, İsrail Türkiyə ilə Suriya ərazisində qarşıdurma istəmir:

“Türkiyə ilə Suriya ərazisində üz-üzə gəlmək istəmirik. Bu qarşıdurmanın qarşısını almaq üçün müxtəlif yolları müzakirə etdik. Türkiyə, Prezident Tramp ilə yaxşı münasibətləri olan bir ölkədir.”

İsrail baş naziri əlavə edib ki, Suriya ərazisinin heç bir ölkə – o cümlədən Türkiyə – tərəfindən İsrailə qarşı baza kimi istifadə edilməsini qəbul etməyəcəklər.

Prezident Tramp isə, Netanyahuya dəstək versə də, Türkiyə ilə münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb:

“Türkiyə ilə münasibətlərimiz çox yaxşıdır. Prezident Ərdoğanla əla əlaqəm var. Əgər İsrailin Türkiyə ilə problemi varsa, mən onu həll edə bilərəm. Təbii ki, bu, qarşılıqlı məntiqlə olmalıdır.”

Netanyahu ilə görüş zamanı İran məsələsinin də geniş müzakirə olunduğunu bildirən Tramp, şənbə günü İranla yüksək səviyyəli birbaşa görüşlərin davam edəcəyini açıqlayıb:

“İranla birbaşa danışıqlar aparırıq. Ümid edirəm ki, bu danışıqlar uğurlu olacaq. Şənbə günü yüksək səviyyədə görüşlər keçiriləcək və nəticəsini görəcəyik. Bu, İran üçün də yaxşı olacaq.”

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR