Onlayn ictimai-siyasi qəzet
Suriya Prezidenti Əhməd Şara gələn həftə Türkiyəyə rəsmi səfər edəcək.
Musavat.com xəbər verir ki, bu səfər regionda İsrailin artan hava hücumları və Suriya daxilində siyasi yenidənqurma prosesləri fonunda baş tutur. Bəs Şaranın Ankara gündəmində hansı mövzular var?
Mövzunu DİPAM rəhbəri Dr. Tolqa Sakman CNN Türk-ə açıqlamasında belə şərh edib:
“Əslində, Şaranın Türkiyə səfərinin iki əsas gündəm maddəsi var. Birincisi, SDG-nin (Suriyanın Demokratik Gücləri) gələcəyidir. SDG özünü ləğv edib Suriya dövlət sisteminə inteqrasiya olunacağını bildirmişdi, lakin bu proses hələ də davam edir. İkinci məsələ isə İsrailin son günlərdə Şam və digər bölgələrə endirdiyi hava zərbələridir. Bu, çox kritik məqamdır, çünki Suriya yenidən güclü bir dövlət strukturu qurmağa çalışır.”
Ekspertin fikrincə, Şam rəhbərliyi həm daxildə silahlı qrupların sistemə inteqrasiyasını, həm də xarici təhdidlərə qarşı regional əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Türkiyə ilə əlaqələri genişləndirməyə maraqlıdır.
Tolqa Sakman eyni zamanda bildirib ki, İsrailin Suriyaya qarşı hücumlarının artıb-artmayacağı hələ bəlli deyil, lakin bu mövzu Şaranın səfərində vacib diplomatik başlıq kimi ön plana çıxacaq.
Musavat.com
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ