İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda molla həyat yoldaşını öldürdü - “Halal-haramı öyrədən insan idi” - VİDEO

Xaçmazda 45 yaşlı Yaqut Məmmədova​nın boğularaq öldürülməsinin detalları məlum olub.

Qətldə onun əri, Xaspoladoba kəndində molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov şübhəli bilinir.

Yaxınlarının sözlərinə görə, cütlük qohumlarının evində baş tutan məclisdə iştirak edib.

Ər-arvad arasındakı mübahisənin orada başladığı, daha sonra öz evlərində davam etdiyi bildirilir. Məlumata görə, qətl hadisəsi onların öz evlərində baş verib.

Qonşularının sözlərinə görə, onların hər ikisi ibadətlə məşğul olub. Qətli törətməkdə şübhəli bilinən A.Məmmədov kənddə dini dərslər də tədris edib:

"Dindar, halal-haramı öyrədən insan idi. Dini dərslər öyrədirdi. Hamıya şok yaşatdı, özü də çıxıb getdi".

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Ətraflı "Xəzər Xəbər"in videomaterialında:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR