İnsanlara hürriyət, millətlərə istiqlal!

Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.

Musavat.com-un verdiyi məlumata əsasən, Ümummilli Liderin xatirəsi həm ölkəmizdə, həm də xaricdə böyük hörmət və ehtiramla anılır.

Heydər Əlirza oğlu Əliyev 1923-cü ilin 10 mayında Naxçıvanda dünyaya göz açıb.

1944-cü ildən etibarən təhlükəsizlik orqanlarında fəaliyyət göstərən Heydər Əliyev, 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədr vəzifəsinə təyin olunaraq, general-mayor rütbəsinə layiq görülüb. O, Leninqradda xüsusi ali təhsil alıb və 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyevin anım günü - arzuladığı Azərbaycan...

1969-cu ilin iyulunda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında o, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü təyin edilərək, SSRİ rəhbərliyinin əsas simalarından birinə çevrilib.

Heydər Əliyevin rəhbərliyinin I dövrü - Azerbaijan.az

1987-ci ilin oktyabrında isə Heydər Əliyev, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun siyasətinə etiraz olaraq vəzifələrindən istefa verib.

1990-cı ilin 20 yanvar hadisələrindən dərhal sonra Heydər Əliyev, Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanat verərək, sovet ordusunun törətdiyi qanlı faciəyə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib. 1991-ci ilin iyulunda o, SSRİ rəhbərliyinin siyasətinə etiraz olaraq, Sovet İttifaqı Kommunist Partiyasından çıxıb.

Həmin ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, daha sonra isə Naxçıvanda məskunlaşıb və Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991-1993-cü illər arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini vəzifələrində çalışıb.

1993-cü il, 3 oktyabr: Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə  Azərbaycan tarixinin yeni mərhələsi başlandı - AZƏRTAC

1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində ölkə Prezidenti seçilib və 1998-ci ildə keçirilən seçkilərdə bu vəzifəyə yenidən layiq görülüb.

Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub — Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi akademik Mustafa Topçubaşov adına Elmi  Cərrahiyyə Mərkəzi

2003-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını səhhətində yaranan problemlər səbəbilə geri götürən Heydər Əliyev, uzun müddət ABŞ-da müalicə alıb. Təəssüf ki, o, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Ümummilli Liderin məzarı Fəxri Xiyabanda yerləşir.

Allah rəhmət eləsin!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Dekabr 2024

11 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR