Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu TNS TV-yə, Tural Səfərə verdiyi müsahibədə bir sıra mühüm məqamlara aydınlıq gətirib.
Onlardan ən diqqət çəkəni 2021-ci ilin oktyabrında baş tutmuş məşhur görüşlə bağlı açıqlamalar olub.
Həmin vaxt Əvəz Zeynallı, Mir Şahin Ağayev və Rauf Arifoğlu arasında “Nəlbəki” adlı çay evində keçirilən görüş sonradan müxtəlif cür təqdim edilmişdi. Əvəz Zeynallı və Mir Şahin Ağayev bu görüşü fərqli interpretasiyada şərh etmiş, lakin hər iki tərəf Rauf Arifoğlunun təşəbbüsünü xüsusi vurğulamışdı.
Maraqlı məqam odur ki, görüşün mahiyyəti və səbəbləri barədə uzun müddət cəmiyyətdə suallar açıq qalıb. İlk dəfə olaraq Rauf Arifoğlu bu mövzuya aydınlıq gətirib və görüşün hansı səbəbdən, kimin təşəbbüsü ilə keçirildiyini izah edib.
Verilişin həmin hissəsində açıqlanan detallar sözügedən görüşün pərdəarxası məqamlarını işıqlandırır və iki aya yaxındır müzakirə olunan suallara cavab verir.
Musavat.com
28 Avqust 2025
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ