Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz və qardaşı Ərcan Dəniz arasındakı qalmaqal səngiyib.
Özcan Dənizin 6 milyon dollar dəyərində iki villasını qardaşına verməsi onların arasındakı soyuq münasibətə son qoyub.
Barış xəbərini müğənninin anası Kadriye Dəniz açıqlayıb: “Özcan Ercana iki villa verib, protokol imzalanıb. Hazırda Aydına qayıtmışam, hələ də müalicəm davam edir”.
Xatırladaq ki, bir müddət əvvəl Özcan Dənizlə böyük qardaşı Ərcan Dəniz arasında mülk üstündə qalmaqal yaşanıb, onlar məhkəmədə qarşılıqlı olaraq bir-birlərinə qarşı müxtəlif iddialar qaldırıblar./Qafqazinfo.az/
28 Avqust 2025
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ