İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə müharibəyə HAZIRLAŞIR: Bütün vilayətlərdə bomba sığınacaqları TİKİR

Türkiyə bütün əyalətlərdə bomba sığınacaqları inşa etməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Middle East Eye" mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, layihə dövlət mənzil idarəsi tərəfindən həyata keçirilir və sığınacaqlar müharibələr, fəlakətlər və nüvə təhlükəsi halında vətəndaşların müdafiəsi üçün nəzərdə tutulub.

Məsələ prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən hökumət iclasında müzakirə edilib.

Görüşdə bildirilib ki, hazırda mövcud sığınacaqlar müasir tələblərə cavab vermir. Bu səbəbdən İsveçrə, İsrail və Yaponiyanın təcrübəsi öyrənilərək, daha möhkəm və strateji yerlərdə yerləşdiriləcək yeni sığınacaqların tikilməsi qərara alınıb.

Rəsmi açıqlamaya görə, sığınacaqlar elə inşa olunacaq ki, əhalinin əksəriyyəti qısa zamanda təhlükəsiz ərazilərə çatmaq imkanı qazansın.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin Milli Kəşfiyyat Akademiyası İsrail ilə İran arasında baş verən 12 günlük müharibəyə dair hesabatında hökumətə erkən xəbərdarlıq sistemlərinin yaradılması və insanların sıx məskunlaşdığı bölgələrdə sığınacaqların qurulmasını tövsiyə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR