İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanın Ermənistandan indi nə istəyir, nələr gözləyir?" - Tofiq Zülfüqarovun açıqlaması

Musavat.com xəbər verir ki, Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov postmünaqişə dövründə Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərlə bağlı geniş açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan və erməni xalqından yalnız bir şey tələb edir – bundan sonra ölkəmizə qarşı hərbi təcavüz və torpaq iddiaları irəli sürülməməlidir:

“Biz istəyirik ki, qonşumuzdan hərbi aqressiya və torpaqlarımızın ilhaqına cəhdlər gəlməsin. İstəyirik ki, Ermənistan cəmiyyəti ölkəmizə qarşı düşmənçilik ideologiyasına aludə olmasın.”

Zülfüqarov bildirib ki, Azərbaycan bu məqsədə nail olmaq üçün “kəmənd və yerkənci” (yəni “kötək və kökə”) siyasətindən istifadə edir: bir tərəfdən güc amili ilə sülhə məcbur edir, digər tərəfdən isə qonşuluq münasibətlərini cəlbedici edən siyasi və iqtisadi sistem qurur.

Sabiq nazirin sözlərinə görə, müxtəlif sənədlərin imzalanması və qəbul edilməsi bu prosesin yalnız bir hissəsidir və heç də avtomatik şəkildə sülh və mehriban qonşuluq mühitini təmin etmir.


Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasının dəyişməsidir:

“Konstitusiyanın dəyişdirilməsi ilk növbədə geniş ictimai müzakirə deməkdir. Bu isə erməni cəmiyyətində düşmənçilik ideologiyasının dəyişməsi üçün zəruri addımdır.”


Sabiq nazir bildirib ki, əgər əvvəlki illərdə Azərbaycanın “kötəyi” əsasən Silahlı Qüvvələr idisə, bu gün həmin rolu Qərbi Azərbaycan, Zəngəzur və Göyçə məsələləri oynayır.

Onun fikrincə, bu mövzular gündəmdə qalmaqla Ermənistanı sülhə və normal qonşuluğa məcbur edir.

Tofiq Zülfüqarovun sözlərinə görə, Ermənistanla bağlı səfir təyin olunması və ya 1975-ci ilin xəritələri əsasında ərazi bütövlüyünün tanınması məsələsi hələ aktuallıq daşımır:

“Əvvəlcə Ermənistanda keçiriləcək referendumun nəticələrini gözləmək lazımdır.”

Beləliklə, sabiq nazirin sözlərinə görə, Azərbaycan üçün əsas prioritet sənədlərin imzalanması deyil, Ermənistan cəmiyyətinin düşüncə və ideologiyasında fundamental dəyişiklik lazımdır.”


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR