İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah İran üçün həlledici gündür – Avropa Üçlüyü bu addımı atacaq

Avropanın üç ölkəsi - Britaniya, Almaniya və Fransa avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesinə başlaya bilər. Musavat.com  “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb Tehranın nüvə proqramı üzrə danışıqların nəticəsiz qalmasıdır.

Bildirilir ki, “Avropa üçlüyü” yaxın vaxtlarda qərarını BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə bildirməyi planlaşdırır. Bundan 30 gün sonra İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar bərpa olunacaq. Adının açıqlanmasını istəməyən qərb diplomatı agentliyə deyib ki, “Real danışıqlar məktub BMT Təhlükəsizlik Şurasına göndərildikdən sonra başlayacaq.

ABŞ və “Avropa üçlüyü” ölkələri əvvəllər nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəlmişdilər. Tehran BMT Təhlükəsizlik Şurasının 2015-ci il razılaşmaları əsasında ləğv edilmiş sanksiyaları bərpa olunarsa, Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxacağı ilə hədələyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR