İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya, Çin və Şimali Koreya şirkət və vətəndaşlarına sanksiya tətbiq etdi

Birləşmiş Ştatlar Rusiya, Çin və Şimali Koreyadan iki şəxs və iki şirkəti sanksiya siyahısına salıb. Musavat.com xəbər verir ki, məlumatı ABŞ Maliyyə Nazirliyi açıqlayıb. Bildirilir ki, həmin şəxslər və şirkətlər  Şimali Koreya hökuməti tərəfindən təşkil edilən informasiya texnologiyaları fırıldaqçılığı sxemində iştirak edir.

Sənədə əsasən, sanksiyalar Rusiya vətəndaşı Vitali Sergeyeviç Andreyev, KXDR vətəndaşı Kim Un Sun və Pxenyan və Şenyanda (Çin) yerləşən Korea Sinjin Trading Corporation və Shenyang Geumpungri Network Technology şirkətlərinə qarşı tətbiq olunub: "ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Şimali Koreya hökuməti tərəfindən təşkil edilmiş informasiya texnologiyaları (İT) mütəxəssislərinin cəlb olunduğu saxtakarlıq sxemindəki rollarına görə bu şəxslərə sanksiya tətbiq edib".

ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müşaviri Con Hurley deyib: “Şimali Koreya rejimi məlumat oğurlayan və ödəniş tələb edən xaricdəki İT işçilərinin iştirakı ilə fırıldaqçılıq sxemləri ilə Amerika şirkətlərini hədəfə almağa davam edir. Prezident Trampın rəhbərliyi altında Maliyyə Nazirliyi amerikalıları bu sxemlərdən qorumağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə sadiqdir”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR