İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukrayna qoşunları Donbasda Rusiya qüvvələrini sıxışdırır"

"Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçib. Ukraynaya verilən silahlar cəbhədə Rusiyanın irəliləyişlərini kifayət qədər dayandırıb".

Bu sözləri Musavat.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, artıq Donald Tramp Ukraynaya raket və hücum silahlarin verilməsini təmin edib: "Təbii ki, silahların pullarını Avropa dövlətləri ödəyir. Göründüyü kimi, Avropa ölkələri və ABŞ yekdilliklə Ukraynanın müdafiəsini təmin edir. Putinin ABŞ və Avropa arasında yaratmaq istədiyi siyasi böhran müsbət nəticələnmədi.

Demek olar ki, ABŞ-Rusiya arasındakı Alyaska görüşü fiaskoya uğradı. Rusiya öz ilkin şərtləri ilə çıxış edərək, Ukraynadan ərazilər tələb etməklə, faktiki diplomatik danışıqlardan geri çəkildi. Məhz Rusiya ABŞ-dan fövqəl dövlət statusunun tanınmasını tələb edirdi. Təbii ki, ABŞ buna gedə bilməzdi.

Tramp Putinlə siyasi danışıqların səmərəsiz olduğunun fərqindədir. Ona görə də Ukraynanın hücum etməsində maraqlıdır.

ABŞ-ın Ukraynaya dəstəyinin nəticəsi olaraq Ukrayna Rusiyanın Baltik dənizi sahilindəki terminallarına güclü zərbələr endirib. Rusiyanın neft və qaz emalı zavodları iflic vəziyyətinə salınıb. Rusiya silahlı qüvvələrinin arxa eşalonuna, dislokasiya məntəqələrinə ciddi zərbələr endirilir. Ukrayna qoşunları Donbasda Rusiya qüvvələrini sıxışdırır.

Eyni zamanda, Rusiya Xarkov-Sumı, Donbas və Xarkov istiqamətində ciddi irəliləyişlər əldə edə bilmir. Ukrayna Krımda Rusiyanın hərbi infrastrukturuna böyük zərbələr endirir. Bununla da ABŞ və Avropa ittifaqı, Böyük Britaniya Ukraynanı hücum relsinə keçirdib. Ukrayna yerli istehsalı olan 3 min km.mənzilli Flamingo və Neptun raketləri ilə Rusiyaya zərbələr endirir. Təbii ki, bundan sonra, Ukraynanın məğlub olması gözlənilmir. Artıq, məğlubiyyət Rusiyanın qapısını döyür.

Qeyd edim ki, bir müddət bundan əvvəl Rusiya Ukraynada cəbhədə müəyyən üstünlüklər əldə etmişdi. Putin Trampla danışıqlar prosesini aparırdı. Bundan eyforiyaya qatılaraq Azərbaycana təzyiqlər etməyə başladı. Hesab edirdi ki, Ukraynada üstünlük əldə edir və Azərbaycanı öz orbitinə çəkə biləcək. hücumla hədələyirdilər. Anlamaq istəmirdilər ki, Rusiyanın Qara dəniz donanması Türkiyənin dəstəyi ilə Ukrayna tərəfindən darmadağın edilib.

Hazırda isə, Rusiya öz məğlubiyyət qürubunu yaşayır. Onun Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcək. Prezident İlham Əliyev
Əl-Ərəbiyə telekanalına verdiyi müsahibədə Rusiyada soyuq duş- effekti yaratdı".

Politoloq onu da qeyd edib ki, Rusiyanın zəifləməsi Cənubi Qafqazda və Mərkəzi Asiyada yeni siyasi nizamın formalaşmasına gətirib çıxarır: "Bu gün Azərbaycan nəqliyyat, enerji habısı kimi çıxış edir. Putin ölkəsini məğlubiyyət relsinə keçirərək, Qərbə doğru qatarı hərəkət etdirir".

Cavanşir ABBASLI,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR