Onlayn ictimai-siyasi qəzet
Rusiya hökuməti benzinin ixracına qoyulan qadağanın müddətini uzadıb.
Musavat.com TASS-a istinadən verdiyi xəbərə görə, mövcud qadağa avqustun 31-də başa çatmalı idi.
Yeni qərara əsasən, ixrac məhdudiyyəti sentyabrın 30-na qədər qüvvədə qalacaq. Qadağa həm birbaşa istehsalçılara, həm də adi pərakəndə satıcılara şamil olunur.
Oktyabrın 1-dən istehsalçılar benzin ixrac edə biləcək, lakin öz istehsalı olmayan ixracatçılar bu hüququ yalnız noyabrın 1-dən əldə edəcəklər.
Xatırladaq ki, qadağa fevralda pərakəndə satıcılara tətbiq olunub, iyulda isə istehsalçılara şamil edilib.
“Meduza”nın məlumatına görə, bu yay Rusiyada benzinin topdansatış qiyməti rekord həddə yüksəlib. Ekspertlər bunu mövsümi amillərlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Rusiya enerji infrastrukturuna endirdiyi zərbələrlə izah edirlər. “Reuters” hesab edir ki, bu hücumlar Rusiyanın neft emalı gücünün 17 faizini sıradan çıxarıb.
Musavat.com
28 Avqust 2025
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ