Onlayn ictimai-siyasi qəzet
Şimali Koreyanın ballistik raketləri daha effektiv olub.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, dekabrın sonlarından bəri Ukraynaya atılan raketlər ötən illə müqayisədə daha dəqiq olub.
Qeyd olunur ki, raketlərin dəqiqliyi əvvəllər 1-3 kilometr olsa da, nəzərdə tutulan hədəfdən 50-100 metrədək yüksəlib.
Ekspertlər hesab edirlər ki, silahların dəqiqliyinin artması KXDR-in Moskvadan rəy alması ilə bağlıdır. Bundan əlavə, raketlərin ehtimal ki, daha müasir texnologiyalarla təchiz olunduğu qeyd edilir.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ