İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Hava Qüvvələrində CİDDİ problem- Təyyarə qəzalarının səbəbi açıqlandı 

Son dövrlərdə ondan çox F-35 təyyarəsi qəzaya uğrayıb. Qalan təyyarələrin hamısı ya müvəqqəti olaraq istismardan çıxarılıb, ya da texniki xidmət və yerüstü heyət üçün təlim təyyarəsi kimi istifadə olunur. 

Musavat.com xəbər verir ki, bunu "The National Interest*" qəzetinin əməkdaşı Piter Suçi qeyd edib.

Bundan əlavə, hərbçilər bir neçə bombardmançı təyyarə itirib, onların yerini doldurmaq isə uzun müddət və milyardlarla dollar xərclər tələb edəcək. Bu vəziyyət ABŞ Hava Qüvvələrinin müasir döyüş təyyarələri ilə bağlı ciddi istismar problemləri ilə üzləşdiyini göstərir.

Mütəxəssislər bu cür hadisələrin hərbi gücün etibarlılığına və fəaliyyət qabiliyyətinə mənfi təsir göstərə biləcəyini bildirirlər, xüsusilə ABŞ-ın yüksək texnologiyalı hava qüvvələrinə ehtiyacı olduğu zaman.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR