Onlayn ictimai-siyasi qəzet
Səhiyyə naziri Teymur Musayev bir qrup cərrahın lisenziyasının ləğv edilməsi ilə bağlı əmr imzalayıb.
Musavat.com xəbər verir ki, əmr “Sertifikasiya şəhadətnamələrinin ləğv edilməsi haqqında” Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində başlanmış istintaqın nəticəsindən sonra imzalanıb.
Məlumata görə, plastik cərrahiyyə ixtisası ilə bağlı olmayan və plastik cərrahiyyə ixtisası üzrə rezidentura təhsili almayan tibb sahəsində fərqli ixtisasa sahib bir qrup şəxsə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurslara cəlb olunmaqla sertifikasiya imtahanına buraxılış verilməsi və sonda həmin şəxslərə plastik cərrahiyyə üzrə praktik fəaliyyətə buraxılmaları barədə sertifikasiya şəhadətnamələrinin verilməsi müəyyən edilib.
Lisenziyası ləğv edilən tibb işçilərinin siyahısı aşağıdakı kimdir:
Ağamirova Könül Əlifirid qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044818
Əliyeva Şövkət Tofiq qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 043889
Həmidova (Heydərova) Sevinc Abisalam qızı –sertifikasiya şəhadətnaməsi Ser. AH No 040407
Kərimova Bəhicə Rafiq qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 055491
Quliyeva Rəna Ədalət qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 046988
Qurbanova Təbəssüm Arif qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044967
Salmanlı Elnarə Eldar qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 043603
Qeyd edək ki, adı çəkilən şəxslərin hamısı 2022-ci ildən sonra lisenziya almışdılar.
Musavat.com onu da bildirir ki, ötən gün bəzi saytlarda məşhur cərrah Dilqəm Məhərrəmovun da lisenziyasının ləğv olunması xəbəri yayılmışdı.
Ancaq siyahıdan da göründüyü kimi onun adı lisenziyası alınmış həkimlərin sırasında yoxdur.
Hazırda məsələ ilə bağlı prokurorluqda araşdırma davam edir.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ