Onlayn ictimai-siyasi qəzet
İsrailin müdafiə naziri İsrael Kats Qəzza sakinlərinin çıxması üçün plan hazırlanmasını tapşırıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, nazir Qəzza zolağı sakinlərinin anklavı könüllü tərk edərək onları qəbul etməyə razı olan istənilən yerə köçməsinə imkan verəcək planın hazırlanmasını orduya tapşırıb.
Plana quru keçidləri ilə çıxış variantları, eləcə də dəniz və hava yolu ilə çıxış üçün xüsusi müddəalar daxildir.
Bundan əlavə, Kats İsrailin Qəzzada keçirdiyi əməliyyatla bağlı ittiham irəli sürən ölkələrin fələstinlilərin öz ərazilərinə daxil olmasına icazə verməli olduğunu bildirib.
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ