Onlayn ictimai-siyasi qəzet
Mixail Fridman və Pyotr Aven “Alfa-Bank” və “Alfa” sığorta şirkətindəki paylarını ortaqları Andrey Kosoqova satıblar.
Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, ötən il baş tutan sövdələşmənin dəyəri 2,5 milyard dollar təşkil edib.
“Financial Times”-ın məlumatına görə, sövdələşmə hələ 2023-cü ildə baş tutub və onun məbləği 2,5 milyard dollara çatıb. Fridman və Aven 2022-ci ildə Qərbin sanksiyalarına məruz qalıblar, lakin 2024-cü ildə Avropa Məhkəməsi onların Ukraynaya qarşı hərəkətlərdə iştirakına dair kifayət qədər sübut olmadığını qəbul edərək, məhdudiyyətləri qismən ləğv edib.
Keçmiş ortaqlarındam fərqli olaraq, Kosoqov Qərbin sanksiya siyahısında yoxdur və bu, çox güman ki, aktivlərin qanuni olaraq təmiz transferini mümkün edib.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ