Onlayn ictimai-siyasi qəzet
İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb.
Ölənlər helikopterdəki iki pilot və sənaye şirniyyat məhsulları sektorunun öndə gedən adlarından olan iş adamı Lorenzo Rovaqnatidir.
Bildirilib ki, Rovaqnati adətən çərşənbə günləri Milandan Kastel - Qvelfodakı malikanəsinə helikopterlə gedirmiş.
İlkin məlumata görə, qəzaya sıx dumana görə görmə qabiliyyətinin azalması və ya quyruq pərvanəsindəki mexaniki nasazlıq səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ