İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu duzu qəbul etsəniz, ÖMRÜNÜZ UZANACAQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dünyada ümumi sağlamlıq probleminə çevrilən həddindən artıq duz istehlakına qarşı tədbir görülməsi ilə bağlı xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, qurum gündəlik natrium qəbulunu 2 qramdan aşağı salmağı və ənənəvi xörək duzu əvəzinə kalium ehtiva edən aşağı natrium duzu alternativlərindən (LSSS) istifadə etməyi tövsiyə edir.

Məlumata görə, həddindən artıq duz istehlakın azaldılması halında 2030-cu ilə qədər dünyada təxminən 7 milyon insanın həyatı xilas ediləcək.

Mütəxəssislər xüsusilə hazır qidalarda gizli natriumun çox olduğuna diqqət çəkirlər.

Türkiyənin məşhur həkimi Okay Abacı bildirib ki, həddindən artıq duz istehlakı hipertansiyonun ən əhəmiyyətli səbəblərindən biridir və bu, uzunmüddətli infarkt, insult və ürək çatışmazlığı kimi ciddi xəstəliklərə yol aça bilər. "Araşdırmalar göstərir ki, natrium duzundan az istifadə edən insanlarda sistolik və diastolik qan təzyiqi səviyyəsi aşağıdır. Ürək xəstəlikləri üçün kritik vərdişləri nəzərə alaraq qorunmağı tövsiyə edirik" - həkim bildirib.

Abacı duz istehlakını azaltmaqla yüksək təzyiqi (hipertoniya) idarə etmək və ürək xəstəliklərindən qorunmağın mümkün olduğunu qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR