Onlayn ictimai-siyasi qəzet
The New York Times-ın yazdığına görə, ABŞ prezidenti Donald Trampın Qəzza zolağını nəzarətə götürmək və fələstinliləri oradan çıxarmaq təklifi hətta öz administrasiyasının yüksək vəzifəli üzvlərini belə şoka salıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Bu açıqlama təkcə amerikalıları deyil, Vaşinqtona səfər etmiş İsrail rəsmilərini də təəccübləndirib. Nəşr bildirir ki, İsrailin baş naziri Benyamin Netanyahu Trampın təklifini eşidəndə heyrətlənib.
Üstəlik, ABŞ hökumətində bu mövzu ilə bağlı nə Dövlət Departamenti, nə də Pentaqonla heç bir rəsmi müzakirə aparılmayıb. Heç bir işçi qrupu yaradılmayıb, müdafiə naziri tərəfindən mümkün hərbi və maliyyə xərcləri barədə hesabat təqdim edilməyib.
Ağ Evdəki bir neçə yüksək vəzifəli şəxs bu ideyanın haradan gəldiyini anlamağa çalışır və onu "hətta Tramp üçün belə fantastik" hesab edirlər. Prezidentin bəzi müşavirləri ümid edirlər ki, bu fikir zamanla səssizcə unudulacaq.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ