İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukraynadakı müharibənin nəticəsini ABŞ-dakı seçkilər müəyyən edəcək”

Ukraynadakı hərbi əməliyyatların nəticəsi gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir Fransanın keçmiş lideri Fransua Olland tərəfindən “Financial Times” qəzetinə müsahibəsində səslənib.

“Əgər Tramp seçilərsə, bunu deyəcək: biz burada dayanırıq; Ruslar sahib olduqları hər şeyi özləri üçün saxlaya bilərlər”, - deyə, Olland münaqişənin “çox baha başa gəldiyini” sözlərinə əlavə edib.

Fransanın eks-prezidentinə görə, Avropa təhlükəsizliyi təmin etmək üçün “yalnız özünə güvənməli olduğu günə” hazırlaşmalıdır. Lakin bu proses eyni zamanda NATO ilə əlaqələndirilməlidir.

“Bu o demək deyil ki, Avropa ölkələri ABŞ-ın hədəflərini bölüşmürlər. Avropalı müttəfiqlərimizə ABŞ ilə eyni maraqlarımızın olmadığını desək, bizim arxamızca gedən olmaz” , - deyə, Olland vurğulayır.

Ümumilikdə, Pentaqonun hesablamalarına görə, ötən ilin fevralından ABŞ Ukraynaya 39,7 milyard dollardan çox hərbi yardım göstərib. Bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Trampın gələn il keçiriləcək seçkilərdə qalib gəlməsinin “hər şeyin sonu” demək olduğunu bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR