İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada vətəndaş müharibəsi təhlükəsi: Ordu parçalanmaq üzrədir

Ukrayna ilə Rusiya arasında mümkün sülh danışıqlarının uğursuzluğa düçar olması ölkədə daxili qarşıdurmaya səbəb ola bilər. Belə bir ehtimalın mövcudluğu almaniyanın nüfuzlu "Die Zeit" nəşrində yer alıb.

Musavat.com xəbər verir ki, nəşr danışıqların pozulmasının Ukraynada siyasi və hərbi xaosa yol aça biləcəyini yazır.

Məqalədə qeyd olunur ki, kapitulasiya danışıqları hökumətin süqutuna səbəb ola, orduda isə parçalanma yarana bilər. Nəticədə bir hissə Rusiya ilə döyüşməyə davam edəcək, digərləri təslim olacaq, bəziləri isə Moskva ilə əməkdaşlıq yolunu seçəcək.

"Die Zeit"-ə görə, belə bir ssenaridə Ukrayna bir neçə hissəyə bölünə və ölkə daxilində yeni münaqişə ocaqları yaranaraq vətəndaş müharibəsi alovlana bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR