İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada döyüşlər intensivləşib, lakin... - General Milli

"Ukraynada döyüşlər şiddətlənib, lakin əməliyyatlarla bağlı gündəlik xəbərlərdən çox böyük nəticə çıxarmaq olmaz."

Musavat.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli deyib.

“Ukraynanın Rusiya Federasiyası tərəfindən işğal olunmuş bütün ərazisində aktivlik var və döyüşlər bir qədər intensivləşib”, - deyə Milli Associated Press-ə müsahibəsində bildirib.

O qeyd edib ki, əks-hücumun rəsmən başlandığını elan etmək Ukraynanın işidir, lakin bununla bağlı o, Ukrayna Silahlı Qüvvələrinin bu əməliyyata hazır olduğunu vurğulayıb: “Bizim hesablamalarımıza görə, Ukrayna hərbçiləri istənilən hərəkətə – həm hücuma, həm də müdafiəyə yaxşı hazırlaşıblar”.

Milli qeyd edib ki o, müttəfiqlərin qışda verdiyi təlim və silahların Ukraynanı qarşıdakı döyüşlərə hazırladığına inanır.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR