İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusunda dəhşətli statistika: səfərbər olunanların 70%-i qaçır, bəziləri meşədə donub, çayda boğulub - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin (VSU) təlim mərkəzlərində hazırlıq keçən səfərbər olunanların təxminən 70%-nin daha sonra dezertirlik etdiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə ukraynalı hərbçi Anton Çernı açıqlama verib.

Onun sözlərinə görə, əsgərlikdən qaçanların aqibəti çox vaxt faciə ilə nəticələnir:

“Bəziləri çayda boğulub, digərləri qışda meşədə donub qalıb. Dezertirlərin əksəriyyəti isə sonradan Hərbi Komissarlıqlar (TÇK) tərəfindən tutulur”.

Anton Çernı daha bir şok detalları da açıqlayıb. O deyib ki, tutulan dezertirlər bəzən qarajlarda saxlanılır:

“Bir hərbçi mənə danışdı ki, onu tutub qarajda saxladılar. Onlara orada yemək, su gətirirlər, tualetə də elə həmin yerdə gedirlər. Nə vaxt ki, kifayət qədər adam toplanır — onları tez rəsmiləşdirirlər. Polisin onlara görə hansısa çek və ya bu tip bir şey aldığı deyilir. Yəni bu proses ödənişlidir”.

Bu məlumatlar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Amma müharibə şəraitində səfərbərlik, insanların məcburi şəkildə ön cəbhəyə göndərilməsi və bunun insan hüquqları baxımından doğurduğu ciddi narahatlıqlar artıq Ukrayna cəmiyyətində də geniş müzakirə mövzusuna çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR