İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Baxmutun bir hissəsini azad edib

Ukrayna müdafiəçiləri Baxmut şəhərinin bir kilometrini Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin hərbçilərindən azad ediblər.

“Report” xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin “Terra” bölüyü Baxmutda irəliləyir.

Qeyd edək ki, Rusiyanın məhbuslar da cəlb edilən “Vaqner” muzdlu döyüşçüləri Baxmutu mühasirəyə almışdı. Ancaq son günlər Ukrayna müdafiəçiləri muzdluları tutduqları mövqedən geri çəkilməyə məcbur ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR