Onlayn ictimai-siyasi qəzet
"İrəvan yenidən Bakını COP-29-dan əvvəl sülh sazişi imzalamağa dəvət edir".
Musavat.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “Armenpress”ə müsahibəsində bildirib.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, hazırda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin müddəalarının təxminən 80%-i razılaşdırılıb. Sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra problemli məsələlərə aydınlıq gətirmək lazımdır.
Həmçinin Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və konstitusiya əsasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulması vacibdir.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ