Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərinin Nərimanov rayonu ərazisində hərbi sursatlar aşkar edilib.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib:
"Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş döyüş tətbiqinə yararlı 40 ədəd 9 mm-lik mərmi, 60 ədəd 5x45 mm-lik mərmi və 300 qram barıt XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib."
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ