İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınlar hansı qitədə daha azad, təhlükəsiz və xoşbəxtdir? – Reytinq cədvəli

Qadınlar üçün Sülh və Təhlükəsizlik İndeksinə görə, 2023-cü ildə 177 ölkə arasında ən pis nəticələri Yaxın Şərq və Afrika ölkələri göstəriblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ən yüksək reytinqə malik ölkə Danimarka (0,932 bal) olub. Bu ölkə qadınların maliyyə məsələlərində, həmçinin parlamentdə təmsilçiliyində və onlara qarşı hüquqi ayrı-seçkiliyin olmamasında fərqlənib. Ondan sonra İsveçrə (0,928 bal) və İsveç (0,926 bal) gəlir. Finlandiya, İsveç və Lüksemburqun hər birinin 0,924 xalı var.

Ən yaxşı ölkələr qrupu aşağı ana ölümü, yüksək təhsil səviyyəsi və qadınlara qarşı siyasi zorakılığın olmaması ilə xarakterizə olunur.

Postsovet ölkələrindən Gürcüstan 39-cu, Ermənistan 48-ci, Türkmənistan 58-ci Qazaxıstan 70-ci, Azıəbaycan isə 97-ci pillədə qərarlaşıb.

Bununla belə, qadınlara xarici ölkə vətəndaşı ilə ailə qurmasına, ölkə xaricinə getmələrinə icazə verməyən Türkmənistannın belə hüquq məhdudlaşdırmalarına yol verməyən Azərbaycandan öndə olması müəmmalıdır.

Reytinq cədvəli tərtib olunarkən aşağı ümumi balların əsas amilləri yüksək ana ölüm nisbətləri, aşağı təhsil dərəcələri və tərəfdaş zorakılığının artması olub. Münaqişələrə yaxınlıq da mənfi qiymətləndirmələrə nəzərəçarpacaq dərəcədə təsir edib. Qadınlar üçün ən pis ölkələr kimi Əfqanıstan (0,286 bal) və Yəmən (0,287 bal) tanınıb. Siyahıya həmçinin Mərkəzi Afrika Respublikası (0,378 bal), DR Konqo (0,384 bal), Cənubi Sudan (0,388 bal), Burundi (0,394 bal), Suriya (0,407 bal), Esvatini (0,415 bal), Somali (0,417 bal) və İraq (0,424 bal) daxil edilib. Qadınlar üçün ən pis ölkələrin orta indeksi dünya ortalamasının yarısıdır: 0,378-ə qarşı 0,68.

Eyni zamanda, reytinqdə ilk on ölkənin hamısı 0,9 baldan çox indeks alıb ki, bu da dünya üzrə orta göstəricidən xeyli yüksəkdir. Yeni Zelandiya istisna olmaqla, qadınlar üçün ən yaxşı 10 ölkədən 9-u Avropadadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR