İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmək miqrantları Rusiyanı kütləvi şəkildə tərk edirlər - 10 ayda 1 milyon...

Rusiya və Tacikistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında çıxış edən Tacikistanın baş naziri Kohir Rəsulzoda Rusiyada yaşayan əmək miqrantları ilə bağlı məsələ qaldırıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Rəsulzodanın sözlərinə görə, Tacikistan vətəndaşlarına təhlükəsizliklə bağlı Rusiya Federasiyasına giriş qeyri-müəyyən bəhanələrlə getdikcə daha çox qadağan edilir və ya əmək miqrantları əsassız şəkildə deportasiya olunur.

Ehtimal olunur ki, miqrantların hüquqları məsələsi MDB dövlət başçılarının görüşündə əsas mövzulardan birinə çevriləcək və ölkə rəhbərləri bu mürəkkəb problemin həlli yollarını axtaracaqlar. Rusiya Federasiyasının əmək miqrasiyası sahəsində ekspert Asilbek Egemberdiyevin sözlərinə görə, Rusiyadan əmək miqrantlarının axını “pandemiya” səviyyəsinə çatıb: bu, 2 milyondan çox əcnəbi işçinin könüllü olaraq ölkəni tərk etdiyi 2020-2022-ci illərlə müqayisə oluna bilər.

Ekspert hesablamalarına görə, xarici işçilərin təxminən yarısı Rusiyaya qayıtmaq ümidi olmadan evlərini tərk edir. Bu, bir çox işçinin miqrasiyada qalma rejiminin pozulması ilə əlaqədardır və bu, onlar üçün əlavə çətinliklər yaradır.

Rəsmi məlumatlara görə, yanvar-sentyabr aylarında bir milyondan çox xarici işçi Rusiyanı tərk edib. “Yerli mənbələrə görə, Rusiyada işləyən 450 mindən çox qastarbayter Özbəkistana, 350 mindən çox vətəndaş Tacikistana, 250 mindən çoxu Qırğızıstana, 200 mindən çoxu Ermənistana gəlib. Bildirilir ki, Qazaxıstan, Azərbaycan və Moldovanın vətəndaşları da gedirlər.

Qeyd olunur ki, öz ölkələrinə geri qayıdan vətəndaşların bir xeylisi vətənlərində iş tapırlar. Məsələn, Qırğızıstanda inşaat və trikotaj sferasında 200 min iş yeri boş qalıb. Qonşu respublikalarda da belə vakant yerlərin olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR