Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək. Bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dövlət başçıları MDB çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparacaq və 2025-ci ildə Birliyə sədrlik barədə qərar qəbul edəcəklər.
Bu gün 72 yaşını qeyd edən Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin başçılarını qəbul edəcək. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dövlət başçısı günün birinci yarısında qeyri-ictimai iş görüşləri keçirəcək.
Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın da MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakı gözlənilir.
Ermənistan mediası yazır ki, Paşinyan Moskvaya Putini təbrik etməyə gedəcək.
Onu da qeyd edək ki, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə gedib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ