Onlayn ictimai-siyasi qəzet
Bu ilin noyabrın 11-22-i tarixləri arasında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ölkəyə səfər edəcək şəxslərə “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən xüsusi endirimlər təklif edilir.
Musavat.com bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir.
Belə ki, kampaniya çərçivəsində COP29 ərəfəsində Bakıya səfər etmək niyyətində olan şəxslər AZAL-ın biznes, premium ekonom və ekonom siniflərindən olan aviabiletlərini 10 % endirimlə əldə edə biləcəklər. Endirimdən yararlanmaq istəyənlər AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabilet alışı zamanı "VISITCOP29" promokodundan istifadə etməlidirlər.
Güzəştlərdən AZAL-ın bütün beynəlxalq müntəzəm reysləri üzrə səyahət edən və yaşı 18-dən yuxarı olan şəxslər yararlana bilərlər. Endirimli aviabiletləri noyabrın 8-dək əldə etmək mümkündür.
Qeyd edək ki, güzəştli aviabiletlər yalnız bu ilin 1 noyabr – 1 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ