Onlayn ictimai-siyasi qəzet
Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə 13-14 oktyabr tarixlərində Şuşada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası başa çatıb. Oktaybrın 14-də TÜRKSOY Daimi Şurasının 40-cı iclasının yekun tədbiri keçirilib.
Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli iclasın çox uğurlu keçdiyini bildirib. Qeyd edib ki, iclasda qəbul olunmuş qərarlar həm TÜRKSOY, həm də onun üzv dövlətləri üçün faydalı olacaq.
İclasda maliyyə məsələlərinin tənzimlənməsi, kadr qaydaları, vəzifə və iş qaydaları və s. məsələlər üzrə vacib qərarlar alınıb.
Sonra mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev və quruma üzv olan ölkələrin nümayəndələri tərəfindən iclasda alınan qərarlarla bağlı sənədlərə imza atılıb.
Xatırladaq ki, iki gün davam edən iclasda bir sıra görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edəki ki, TÜRKSOY Daimi Şurasının 41-ci iclası gələn ilin noyabr ayında Türkmənistanda keçiriləcək.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ