İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistanda milli mətbəximizin nümunələri təqdim olunub  

Mayın 6-da Aşqabad Beynəlxalq Məktəbində “Beynəlxalq Milli Mətbəx Festival”ı keçirilib.

Musavat.com xəbər verir ki, hər il olduğu kimi bu il də Azərbaycanın Türkmənistandakı Səfirliyi ölkəmizi “Beynəlxalq Milli Mətbəx Festival”ında təmsil edib. Azərbaycan guşəsi dövlət bayrağımızla bəzədilib.

Festivalda Azərbaycanın Türkmənistandakı Səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub. Milli yemək və şirniyyatlarımız - plov, dolma, dovğa, qutab, paxlava, şəkərbura, qoğal haqqında qonaqlara məlumat verilib, onlar bu təamları dadmağa dəvət ediliblər.

Həmçinin, tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, xalça sənəti, incəsənəti və turizm potensialı ilə bağlı kitab və broşürlər nümayiş etdirilib və paylanılıb.

Ölkəmizlə bağlı foto-açıqcalar, suvenirlər, sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görməli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, milli geyimlər, tikmə nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR