İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR - Ağ Ev işə qarışdı

ABŞ prezidenti Co Baydenin Konqresin F-16-ların Türkiyəyə satışı və modernləşdirilməsini təsdiqləməsi üçün düstur axtarır.

Musavat.com xəbər verir ki, bu iddia ilə Yunanıstanın "Kathimerini" qəzeti çıxış edib.

İddiaya görə, bu kontekstdə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ABŞ Konqresində silah satışı ilə bağlı “əsas fiqurlar”a zəng edib və 11-12 iyulda keçiriləcək NATO sammitindən əvvəl Ankaranın təsdiqi ilə İsveçin alyansa üzv olacağı təqdirdə, həmin şəxslərin F-16 qırıcılarının Türkiyəyə satılmasına münasibətlərinin necə olacağını yoxlayıb.

Bildirilir ki, ABŞ-da Türkiyəyə F-16 satışı ilə bağlı təmasları Xarici İşlər Nazirliyi həyata keçirir, lakin son günlərdə vəziyyət dəyişib və Ağ Ev işə qarışıb.

Yunan nəşri bu vəziyyəti Baydenin Türkiyəyə F-16-ların satışına marağının artmasına işarə kimi göstərib: “Sullivan silah satışında əsas rol oynayan Konqres üzvləri ilə danışır, onların niyyətlərini öyrənir və ya etirazlarını necə geri çəkə biləcəklərini araşdırır".

Digər tərəfdən, yunan lobbisinin ABŞ-da F-16-ların Türkiyəyə satışının qarşısını almaq üçün hərəkətə keçdiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR