İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin xarici ticarət kəsiri 3,5 milyard dollar azalıb  

2023-cü ildə Türkiyə xaricə 255,7 milyard dollarlıq məhsul və xidmət ixrac edib.

Musavat.com Türkiyə Milli Statistika İdarəsinin hesabatına əsasən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 0,6 faiz artım deməkdir.

Ötən il qardaş ölkənin idxalı 0,5 faiz azalaraq 361,8 milyard dollar təşkil edib. İdarənin məlumatına görə, Türkiyənin xarici ticarət kəsiri 2023-cü ilin sonunda 2022-ci ildəki 109,5 milyard dollardan 106 milyard dollara qədər azalıb.

2023-cü ildə Türkiyədən ixracatda birinci yeri 21,9 milyard dollar dəyərində mal və xidmətlərin tədarük edildiyi Almaniya tutub. Türkiyəyə idxalda isə Rusiya lider olub, bu rəqəm 45,6 milyard dollar təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR