İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki təyyarə qəzasının detalları: Gənc pilot HƏLAK OLDU

Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərində təlim təyyarəsi qəzaya uğrayıb.

Musavat.com-un məlumatına görə, qəza zamanı pilot kursant ölüb.

Bu gün səhər saatlarında İzmirin Səlcuq Hava Limanından havaya qalxan Türkiyə Hava Qurumuna (THK) məxsus iki nəfərlik Cessna-172 təlim təyyarəsi Torbalı rayonunun Kırbaş məhəlləsində qarğıdalı tarlasına çırpılıb.

Hadisə zamanı təyyarənin göyərtəsində olan 31 yaşlı pilot kursant Berfu Hatipoğlu həlak olub. Uçuş zamanı Hatipoğlunun tək olduğu müəyyən edilib. Jandarma qəza yerində təhlükəsizlik tədbirləri görüb və araşdırmalara başlayıb.

İzmir'de eğitim uçağı düştü! Pilot adayı hayatını kaybetti

İzmir Valiliyindən verilən açıqlamada deyilir:

"Bu gün səhər saatlarında Səlcuq Hava Limanından havaya qalxan Türk Hava Qüvvələri Birliyinə məxsus təlim təyyarəsi Torbalı rayonunun Kırbaş bölgəsində qəzaya uğrayıb. Müvafiq qruplarımız hadisə yerinə gəlib və ilkin araşdırmalar nəticəsində 1994-cü il təvəllüdlü pilot Berfu Hatipoğlunun öldüyü müəyyən edilib".

Hazırda araşdırmalar davam edir.

Musavat.com

İzmir'de eğitim uçağı düştü! Pilot adayı hayatını kaybetti

İzmir'de eğitim uçağı düştü! Pilot adayı hayatını kaybetti

İzmir'de eğitim uçağı düştü! Pilot adayı hayatını kaybetti

İzmir'de eğitim uçağı düştü! Pilot adayı hayatını kaybetti

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR