İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə DƏHŞƏTLİ QƏZA: 6 avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda zəncirvari yol qəzasında 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Məlumata görə, 6 avtomobilin toqquşması nəticəsində 12 nəfər yaralanıb. Hadisə yerinə təcili yardım, polis, jandarm və xilasedicilər cəlb edilib. Yaralılar sıxılmış vəziyyətdə qaldıqları avtomobillərdən çıxarılaraq təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar. Onlardan biri xəstəxanada ölüb.

Qeyd edilir ki, yaralılardan daha ikisinin vəziyyəti ağırdır.

Hadisənin başvermə səbəbi açıqlanmır. Faktla bağlı araşdırma aparılır./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR