Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Konya vilayətinin Səlçuqlu rayonunda üçmərtəbəli bina qəfil çöküb.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. DHA agentliyi dağıntılar altından iki nəfərin yaralı olaraq çıxarıldığını, 4 nəfərin isə hələ də dağıntılar altında qaldığını açıqlayıb.
Hazırda axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edir.
***
Konya Valisindən açıqlama: Çökən binada 5 nəfərin olduğu ehtimal edilir
Konya valisi İbrahim Akın, Selçuklu rayonunda çökən binada 5 nəfərin olduğu barədə məlumat daxil olduğunu bildirib. Axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən vali, “İçəridə 5 nəfərin olduğu barədə məlumat var. Bu şəxsləri xilas etmək üçün çalışırıq. İstintaq davam edir, umid edirik ki, vətəndaşlarımızı itki vermədən xilas edəcəyik,” - deyə açıqlama verib.
Konya Böyükşəhər Bələdiyyə Başçısı Uğur İbrahim Altay isə X platformasından, hadisə yerində xilasetmə işlərinin davam etdiyini və nəqliyyat sıxlığına diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
***
Musavat.com xəbər verir ki, gecə saatlarında 1 nəfər dağıntılar arasından sağ çıxarılıb.
Musavat.com
25 Yanvar 2025
00:33 Rusiya miqrantlara qarşı ŞANTAJ siyasətində DALANA DİRƏNƏCƏK - Üzeyir Cəfərovdan UNİKAL TƏHLİL
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ