Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev Nyu-Yorkdakı Türk Evində “Türkiyə, Gürcüstan, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının işgüzar əməkdaşlığı” adlı tədbirdə iştirak edib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın daimi nümayəndəliyinin sosial şəbəkədəki səhifəsində məlumat verilib.
Tədbir Türk-Amerika Ticarət və Sənaye Palatası tərəfindən Amerika-Azərbaycan Ticarət Palatası və Gürcüstanın Nyu-Yorkdakı Baş Konsulluğu ilə birgə təşkil olunub.
Tofiq Musayev çıxışında mühüm regional enerji və nəqliyyat layihələrindən bəhs edib və Azərbaycan, Türkiyə və Gürcüstan arasında yaradılmış üçtərəfli formatı xatırladıb.
Diplomat regionda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa töhfə verən investisiya imkanlarını da vurğulayıb.
26 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ