Onlayn ictimai-siyasi qəzet
Almaniya müxalifətinin lideri Fridrix Merts gələn ay keçiriləcək seçkilərdə kansler seçiləcəyi təqdirdə sərhəddə sərt nəzarət tətbiq edəcəyinə söz verdiyi üçün tənqid atəşinə tutulub.
“Report” “Euronews” istinadən xəbər verir ki, Merts miqrasiya siyasətinə yenidən baxılmasına əsas kimi sığınacaq verilməsindən imtina edilmiş şəxs tərəfindən törədilmiş və iki nəfərin ölümü ilə nəticələnən bıçaqlı hücum hadisəsini göstərir.
O, beş maddəlik miqrasiya planını təqdim edib, bu plana əsasən, bütün Almaniya sərhədlərində təşkil ediləcək daimi yoxlamalardan keçməyən, etibarlı sənədləri olmayan bütün insanlar üçün ölkəyə giriş de-fakto qadağan edilməlidir.
Bir neçə siyasətçi Mertsin planını hüquqi cəhətdən mübahisəli və həyata keçirilməsi qeyri-mümkün olduğu üçün tənqid edərək, onun miqrasiya və sığınacaq qanunları, həmçinin Cenevrə Konvensiyası və Aİ daxilində sərbəst hərəkət prinsipi kimi müqavilələrlə uyğunsuzluğuna işarə ediblər.
Bundestaqdakı “Yaşıllar”ın liderinin müavini Konstantin fon Nots bu tədbirlərin nə ölkə konstitusiyasına, nə də Avropa qanunlarına uyğun olduğunu söyləyib.
25 Yanvar 2025
00:33 Rusiya miqrantlara qarşı ŞANTAJ siyasətində DALANA DİRƏNƏCƏK - Üzeyir Cəfərovdan UNİKAL TƏHLİL
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ