İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda məlumat var: Kreml təyyarə məsuliyyətindən qaçacaq - Rusiya ilə gərginlik

Musavat.com xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı maraqlı şərhlə çıxış edib.

Aktuallığını və əhəmiyyətini nəzərə alaraq, həmin şərhi təqdim edirik:

"AZAL-ın vurulan təyyarəsinin “qara qutu”larının materiallarının sürəti Azərbaycan və Rusiyaya təhvil verilib, gələn həftə açıqlanacağı gözlənilir.

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, “qara qutu”ların materialları internetdə yayımlanan stenoqramlardan fərqlənir. “Caliber” saytı isə mənbələrə istinadən yazır ki, Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi vurulduğunu təsdiq edir. Hər şey məlumdur: təyyarəni Rusiya vurub və Bakı Moskvadan bunun etiraf edilməsini, müvafiq kompensasiyanın ödənilməsini istəyir;

Rusiyanın məsuliyyətdən yayınmaq imkanları məhduddur, “qara qutuların” sürəti Moskvaya verildiyi kimi, Bakıya da verilib və həqiqəti gizlətmək cəhdlərinə qarşı Azərbaycan faktları yayacaq. Yayılan informasiyaları da rəsmi Bakının əlində faktların olduğu mesajı hesab etmək olar.

Lakin yayılan informasiyalarda diqqət çəkən məqamlar da var.

Birincisi: “məlumatlı mənbələrin bildirdiyinə görə, Rusiya işi ört-basdır etməyə çalışsa və istintaqın nəticələrini açıqlamasa, Azərbaycan beynəlxalq hüquqi qurumlara müraciət edəcək”. 

994fdb034e-Asif-nerimanli-azerbaycan-danisiqlar-prosesinde-fransanin-istirakina-imkan-vermir.jpg (21 KB)

Asif Nərimanlı

İkincisi: 2020-ci il noyabrın 9-da Rusiya helkopterinin vurulmasında, eləcə də 2023-cü sentyabrında keçirilən antiterror əməliyyatları zamanı “sülhməramlılara” məxsus avtomobilin atəşə məruz qalmasında günahın rusiyalı hərbçilərdə olduğu, buna baxmayaraq, Azərbaycanın üzr istədiyi, təzminat ödədiyi və əlaqəli şəxsləri məsuliyyətlə cəlb etdiyinə dair məlumatlar mediada tirajlanıb.

Bu informasiyalar təsadüfi deyil: istisna deyil ki, “qara qutular” hər şeyi ortaya çıxarsa belə, Rusiyanın təyyarənin vurulması faktından boyun qaçırmaq istəkləri haqda Azərbaycanda məlumat var, Lavrovun “qara qutular” açılmamışdan öncə - 14 yanvarda jurnalistlərə açıqlamasında “Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verib” sözləri də bu kontekstdə diqqətəlayiqdir; gözlənilən bu cəhdlərə qarşı Moskvaya informasiyalar üzərindən “həqiqətləri gizlətmə, təzminat ödə və günahkarları məsuliyyətə cəlb et” mesajı verilir;

Rusiya dezinformasiya taktikasına əl atsa belə, artıq qaçmağa yeri qalmayıb".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Yanvar 2025

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR