Onlayn ictimai-siyasi qəzet
"Qeyri-qanuni miqrantların ABŞ-dən deportasiyası davam edir. İlk növbədə, qatı cinayətkarlar ölkədən çıxarılır".
Bunu Prezident Donald Tramp jurnalistlərə müsahibəsində deyib.
"Deportasiya çox yaxşı gedir. Biz dəhşətli, qatı cinayətkarlardan qurtuluruq. Onlar qatillərdir, insanların ən pisi. Biz əvvəlcə onlardan qurtuluruq", - Tramp jurnalistlərin sualını cavablandırarkən deyib.
Xatırladaq ki, yanvarın 20-də Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb. ABŞ lideri bildirib ki, bu, qeyri-qanuni mühacirlərin ölkəyə fəlakətli hücumunu dəf etmək üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək.//Oxu.Az
26 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ