İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilər Yəməndə BMT-nin bir neçə əməkdaşını saxlayıblar

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları ölkədə BMT-nin bir neçə əməkdaşını saxlayıb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti rəhbərinin müavini Fərhan Haq brifinqdə məlumat verib.

“Sənanın de-fakto hakimiyyəti nəzarət etdikləri ərazidə BMT əməkdaşlarını saxlayıb. Buna cavab olaraq, biz faktiki hakimiyyətin nəzarəti altında olan ərazilərdə bütün rəsmi hərəkətləri dayandırdıq. Bu qərar növbəti bəyanata qədər qüvvədə qalacaq”, -o bildirib.

Qeyd edək ki, BMT Baş katibinin ofisi iyunun əvvəlində təşkilat sistemində çalışan 11 Yəmən vətəndaşının saxlandığını elan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Yanvar 2025

25 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR