İnsanlara hürriyət, millətlərə istiqlal!

"İnsanların banka və bank kartlarına qram-qram artan inamı kilo-kilo azalır" - Ekspert

"İnsanların banka və bank kartlarına qram-qram artan inamı kilo-kilo azalma təhlükəsilə üz-üzədir".

Musavat.com bildirir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. İqtiadçı qeyd edib ki, bank kartlarından pulların oğurlanması elə bir hala gəlib çatıb ki, bu artıq insanların problemindən bank sektorunun probleminə çevrilməkdədir.

"Bank sektorunun problemi isə Mərkəzi Bankın problemidir. Bu həm də dolayısı ilə DVX-nin və iqtisadiyyatı şəffaflaşdırmaq istəyənlərin digər qurumların problemidir. Eyni zamanda nəğdsiz ödənişləri təşviq etmək üçün böyük layihələr icra edənlərin problemidir.

Çünki insanların banka və bank kartlarına qram-qram artan inamı kilo-kilo azalma təhlükəsilə üz-üzədir. 

Ölkədə 20 milyona yaxın bank kartı var. Odur ki, nəyin bahasına olursa olsun məsələnin kökündə dayanan səbəb və ya səbəblər müəyyən edilərək, aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə böyük ehtiyac var", - deyə iqtisadçı vurğulayıb.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Yanvar 2025

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR